“Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq gündən–günə inkişaf edir”.
Birmillet.az “APA”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətləri hər sahədə güclənəcək.
Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard ABŞ dolları təşkil edir: “Bu il sonunda Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın 20 milyard dollara yaxınlaşacağını proqnozlaşdırırıq”.












































