İğdırda Xocalı soyqırımının qurbanları anıldı

İğdırda Xocalı soyqırımının qurbanları anıldı

İğdırda Xocalı soyqırımı

Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Birmillet.az “Report”a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İğdır-Azərbaycan Evi Dərnəyi və Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılılğı ilə “Xocalıya Ədalət!” devizi altında baş tutub.

Anım mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi birdəqiqəlik sükutla, ehtiramla yad edilib və Xocalı faciəsi barədə qısa film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımı və onun törətdiyi fəsadlar, yaranma səbəbi və nəticələri ilə bağlı çıxış edib. O, tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulayıb, Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd edib. Eyni zamanda 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilərin Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdiyini ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

İğdırda Xocalı soyqırımı