Mevlüt Çavuşoğlu: “Şərəf və məmnunluq duydum”

Mevlüt Çavuşoğlu: “Şərəf və məmnunluq duydum”

Türkiyənin Xarici İşlər naziri Mevlüt  Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Birmillet.az xəbər verir ki, nazir bu şərəfə nail olmaqdan məmnunluq duyduğunu bildirib.

“Hörmətli Prezident İlham Əliyevin “Dostluq” ordenini mənə şəxsən təqdim etməsindən şərəf və məmnunluq duydum”, – o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.