Türkiyənin Xarici İşlər naziri sabah Bakıya səfər edəcək

Türkiyənin Xarici İşlər naziri sabah Bakıya səfər edəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da Bakıya səfər edəcək.

AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, M.Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin Bakıda keçiriləcək növbədənkənar iclasında iştirak edəcək. O, həmçinin səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

Mənbə: azertag.az