Türkiyənin Van-Bahçesaray avtomobil yolunda qar uçqununda qalan mikroavtobusdakı şəxslərdən 7 nəfərin həyatı xilas edilib, 5-nin meyiti tapılıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər xidmətlər xilasedici fəaliyyətini davam etdirir. Təbii fəlakət yerində başqalarının da qaldığı ehtimal olunur. Sağ çıxarılan şəxslərə ilk tibbi yardım göstərilib.
Mənbə: azertag.az












































