“Yenə Azərbaycan və Türkiyə bayraqlarını qaldıracağam” – Ramil Quliyev

“Yenə Azərbaycan və Türkiyə bayraqlarını qaldıracağam” – Ramil Quliyev

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev Tokio-2020 olimpiadası ilə bağlı hədəflərindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, qızıl medalı hədəfləyən Ramil “Sputnik Azərbaycan”a müsahibəsində mükafatçılar sırasına düşəcəyi halda, Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıracağını deyib:

“Allah etsin ki, mən Tokiodakı olimpiadada mükafat qazanım. Bu halda əlbəttə, qaçış zolağına iki bayraqla çıxacağam”.

29 yaşlı atlet 2017-ci ildə dünya çempionu olarkən Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmuşdu.

Mənbə: qafqazinfo.az