Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda baş verən zəlzələ nəticəsində azı 225 yaralı var. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Altı nəfərin həyatını itirməsi təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət bölgəsində yeddi gün fasiləsiz xilasetmə və yardımlaşma elan olunub. Dağılan tikililərdə xilasetmə işləri davam etdirilir.
Mənbə: azertag.az












































