Prokuror qadınları cinsi istismara məruz qoyan Türkiyə vətəndaşına cəza istəyib

Prokuror qadınları cinsi istismara məruz qoyan Türkiyə vətəndaşına cəza istəyib

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən Türkiyə vətəndaşı Günəş Nürəttin Şükrünün cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək G.N.Şükrünün 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 25- də davam edəcək.

Qeyd edək ki, G.N. Şükrü 3 azərbaycanlı qadını insan alverinə məruz qoyub. Zərərçəkənlərin şikayəti əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.