“Barış bulağı”: 8 gündə 702 terrorçu zərərsizləşdirilib

“Barış bulağı”: 8 gündə 702 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat başlayandan indiyədək 702 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib. Hazırda antiterror əməliyyatları uğurla davam etdirilir.

Qeyd edək ki, Türkiyə Ordusu Suriyanın şimalında “Barış bulağı” əməliyyatına oktyabrın 9-da başlayıb.

İstinad: Milli.az