Tailand sülh və tərəfdaşlığı təşviq etməyə sadiqdir
Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul, Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən 15-ci plenar sessiyasında çıxış edərək Tailandın sülh və tərəfdaşlığın inkişafına sadiq olduğunu bildirib.
O, Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik edib və qeyd edib ki, Azərbaycan daha əvvəl Qoşulmama Hərəkatına da uğurla sədrlik edib.
Paradorn Prissananantakul həmçinin Tailandın səhiyyə sahəsindəki imkanlarından bəhs edərək, ölkəsinin qlobal səhiyyə mərkəzi olmaqdan qürur duyduğunu bildirib. Onun sözlərinə görə, Tailandın səhiyyə və sağlamlıq sahəsində geniş imkanları var və ölkə bu istiqamətdə dünyaya töhfə verməyə davam edəcək.