Türkiyənin ticarət nazirinin müavini Xocalı və Xankəndiyə səfər edib – Qarabağda bərpa işləri ilə tanışlıq
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu Xocalı və Xankəndiyə səfər edib. Qarabağda aparılan tikinti və bərpa işləri ilə tanış olan nümayəndə heyəti görülən işlər barədə geniş məlumat alıb.
Xankəndi xəbərləri, Xocalı xəbərləri, Qarabağ bərpa işləri, Mustafa Tuzcu Azərbaycanda, Türkiyə nümayəndə heyəti Xankəndidə, Qarabağ Universiteti, Qələbə meydanı Xankəndi, Türkiyə Azərbaycan əməkdaşlığı, tikinti-quraşdırma Qarabağ
Məqalə mətni:
Hankəndi /Trend/ – Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcu və onu müşayiət edən nümayəndə heyəti Xocalı rayonuna səfər edərək bölgədə aparılan tikinti-quraşdırma və yenidənqurma işləri ilə maraqlanıblar. Səfər çərçivəsində nümayəndə heyətinə görülən işlər barədə ətraflı məlumat təqdim olunub.
Bu barədə Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Xankəndində yerləşən Qarabağ Universitetinə baş çəkib. Burada Azərbaycan Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları tərəfindən tələbələrin sayı, həyata keçirilən və planlaşdırılan layihələr haqqında ətraflı təqdimat keçirilib.
Qonaqlar Xankəndi şəhərinin Qələbə meydanında da olaraq, burada həyata keçirilən yeni layihələr və tikinti prosesi ilə tanış olublar.
Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, erməni işğalından azad edildikdən sonra Xankəndidə dərhal genişmiqyaslı bərpa və tikinti işlərinə start verilib.
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu isə vurğulayıb ki, Türkiyə işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasında bundan sonra da fəal iştirak edəcək. Onun sözlərinə görə, Türkiyə şirkətlərinin dəstəyi təkcə iqtisadi yox, həm də mənəvi məsuliyyətdir:
“Bu, bizim üçün də məsuliyyətdir. Qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik”.