Türkiyəli psixoloqlar müharibədən əziyyət çəkmiş vətəndaşlara xidmət göstərəcək

Türkiyəli psixoloqlar müharibədən əziyyət çəkmiş vətəndaşlara xidmət göstərəcək

“Türkiyədən dəvət olunan 20 nəfər peşəkar psixoloq ölkəmizdə müharibənin fəsadlarından əziyyət çəkən vətəndaşların xidmətində olacaq”. 

Birmillet.az saytı APA-ya istinadən bildirir ki, bunu qonaqlarla Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva deyib.

O bildirib ki, təcrübəli psixoloqlar hələ ki, paytaxtda  yerləşən tibbi müəssisələrdə fəaliyyət göstərəcəklər: “Sonrakı müddətdə isə həkim heyətinin müharibə dövründə dağıntılara, sakinləri daha çox psixoloji travmaya məruz qalan şəhər və rayonlara da gedəcəklər. Heyət üzvlərinin oradakı şəhid ailələri, qazilər və müharibənin fəsadlarından əziyyət çəkən vətəndaşlara xidmətləri nəzərdə tutulur. Bütün psixoloji xidmətlər təmənnasız göstəriləcək”.