Türkiyənin Bolu bölgəsindəki otel yanğınında 10 nəfər ölüb, 32 nəfər yaralanıb
Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizək mərkəzindəki bir oteldə baş verən yanğın faciə ilə nəticələnib. Yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb, 32 nəfər isə yaralanıb.
Hadisə zamanı oteldəki insanlar təxliyə edilib. Yanğının səbəbi hələlik məlum deyil.
Faciə baş verdikdən dərhal sonra hadisə yerinə xilasedicilər və təcili tibbi yardım qrupları cəlb olunub.
Əvvəlki məlumatlara görə, hadisə nəticəsində 6 nəfər ölüb, 31 nəfər yaralanmışdı. Lakin son məlumatlarda ölənlərin sayının artdığı təsdiqlənib.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.