Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı

Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı

Türkiyədə bu gündən etibarən 80 yaşdan yuxarı vətəndaşlara koronavirus peyvəndinin tətbiqinə başlanılıb.

Birmillet.az saytı Milli.Az-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca tvitterdə məlumat verib.

“COVID-19” Peyvəndinin Milli Tətbiq Strategiyasına uyğun olaraq peyvəndlənmə cədvəli haqqında məlumat verən nazir “Elmi Komitəmizin tövsiyəsi ilə hazırlanan proqram çərçivəsində bu gündən etibarən 80 yaşdan yuxarı vətəndaşlarımıza vaksin vurulacaq.  Peyvənd onlara səhiyyə müəssisələrimizdə tətbiq olunacaq”,- deyə bildirib.