Türkiyə 16 Yaşdan Kiçik Uşaqlara Sosial Şəbəkələri Qadağan Edəcək – Yeni Qanun Gəlir!
Türkiyə hakimiyyəti 2025-ci ilə qədər 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu CNN Türk telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar üçün “faydalı heç nə” yoxdur və bu, son dövrlərdə baş verən hadisələrlə təsdiqlənir.
“Biz 2025-ci il ərzində bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik” – deyə Uraloğlu qeyd edib.