Çin Klubu “Şjetszyan”ın Futbolçusu Aaron Bupendza Vəfat Etdi
Qabonlu futbolçu Aaron Bupendza faciəvi şəkildə dünyasını dəyişib. Çinin “Şjetszyan” klubunun hücumçusu olan 28 yaşlı futbolçunun binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirdiyi bildirilib.
Bu barədə Türkiyənin NTV nəşri məlumat yayıb. Hazırda hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Aaron Bupendza 2020/2021 mövsümündə Türkiyə Super Liqasında çıxış edən “Hatayspor” klubunun futbolçusu olub. O dövrdə nümayiş etdirdiyi oyunla azarkeşlərin rəğbətini qazanmışdı.