Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib, 50-yə yaxın şübhəli saxlanılıb

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib, 50-yə yaxın şübhəli saxlanılıb

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 46 şübhəli saxlanıldı

Türkiyənin İstanbul və Diyarbəkir vilayətlərində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Əməliyyat zamanı 46 şübhəli saxlanılıb. Onlardan 40 nəfər barəsində həbs qətimkan tədbiri seçilərək məhkəməyə göndərilib.

Şübhəlilərin evlərində aparılan axtarış zamanı müvafiq sənədləri olmayan 2 tapança, tüfəng, çoxsaylı rəqəmsal materiallar, sənədlər və qadağan olunmuş nəşrlər aşkarlanıb.