Tramp Hindistan və Pakistana ərazi mübahisəsinin həllinə kömək edəcəyini bildirib

Tramp Hindistan və Pakistana ərazi mübahisəsinin həllinə kömək edəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp: “Hindistan və Pakistan arasında Kəşmir mübahisəsinə həll tapmağa çalışacağam

ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında uzun illərdir davam edən Kəşmir mübahisəsinin həlli istiqamətində səylər göstərmək niyyətində olduğunu bildirib.

“Report”un məlumatına görə, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, hazırda geniş müzakirə edilməsə də, ABŞ hər iki ölkə ilə ticarət əlaqələrini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

“Mən bu böyük ölkələrin hər ikisi ilə ticarət həcmini artırmaq istəyirəm. Bundan əlavə, min ildən sonra Kəşmir bölgəsində bir həllin mümkün olub olmadığını öyrənmək üçün Hindistan və Pakistanla işləyəcəyəm”, – deyə Donald Tramp vurğulayıb.

Bu açıqlama Vaşinqtonun Cənubi Asiyada sülh və sabitlik istiqamətində diplomatik səylərini bir daha ön plana çıxarır.