TDT ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin ikinci iclası çərçivəsində Kommunike qəbul edilib

TDT ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin ikinci iclası çərçivəsində Kommunike qəbul edilib

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət üzrə Nazirlərinin İkinci İclasında Kommunike Sənədi Qəbul Edildi

Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində mühüm sənəd – Kommunike qəbul edilib.

“Report”un verdiyi məlumata görə, tədbir “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusuna həsr olunub. İclas zamanı Kommunike sənədi əvvəlcə səsverməyə çıxarılıb, daha sonra isə TDT-yə üzv ölkələrin nümayəndələri tərəfindən təsdiq edilərək imzalanıb.

Bu sənəd Türk Dövlətləri Təşkilatı çərçivəsində qadınların cəmiyyətdəki rolunun gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi və ənənəvi dəyərlərin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.