SPIRIT: Sloveniya və Azərbaycan arasında investisiya sahəsində böyük potensial mövcuddur

SPIRIT: Sloveniya və Azərbaycan arasında investisiya sahəsində böyük potensial mövcuddur

Sloveniya və Azərbaycan Arasında İnvestisiya və Biznes Əməkdaşlığında Böyük Potensial Var

Sloveniya və Azərbaycan arasında işgüzar əlaqələrininvestisiya əməkdaşlığının inkişafı üçün geniş imkanlar mövcuddur. Bu barədə Sloveniyanın “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin katibi Tanja Drobnič (Tanya Drobnik) Bakıda keçirilən biznes forumu çərçivəsində bildirib.

Tanja Drobnič çıxışında bildirib ki, Sloveniya şirkətləri rəqəmsallaşma, əczaçılıq, kənd təsərrüfatı və digər sənaye sahələrində yüksək texnoloji həllər təklif edə bilər:

“Biz artıq bu biznes nümayəndə heyətinin hazırlanması zamanı gördük ki, Sloveniya və Azərbaycan arasında əməkdaşlıq üçün real baza mövcuddur. Xüsusilə ərzaq sektoru və kənd təsərrüfatı bu kontekstdə mühüm rol oynayır.”

Agentlik katibi əlavə edib ki, iki ölkə arasında ekoloji transformasiya, sağlam qidalanmaətraf mühitin qorunması kimi məsələlərdə ortaq baxışlar var:

“Əsas məsələ insanların təbiətə münasibətinin dəyişməsidir. Biz inanırıq ki, bu baxımdan Sloveniya və Azərbaycan uğurlu əməkdaşlıq modeli yarada bilər.”

Tanja Drobnič həmçinin səhiyyə sahəsində əməkdaşlıq perspektivlərinə də toxunub. O bildirib ki, genetik preparatlar, tibbi avadanlıqların istehsalı, reabilitasiya və müalicə xidmətləri, tibb müəssisələrinin yaradılmasıixtisaslaşmış tibbi xidmətlər istiqamətində əməkdaşlıq üçün böyük potensial mövcuddur.