Qırğızıstanda Prezident Seçkiləri 2027-ci il Yanvarın 24-nə Təyin Edildi
Qırğızıstan prezident seçkiləri 2027-ci il yanvarın 24-də keçiriləcək. Bu barədə qərar ölkə parlamentinin son iclasında qəbul edilib. Deputatlar “Qırğız Respublikasının Prezidenti və Joqorku Keneş deputatlarının seçkiləri haqqında” Konstitusiya Qanununa dəyişiklikləri üç oxunuşda təsdiqləyiblər.
Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tınçtık Şaynazarovun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən prezident seçkiləri dövlət başçısının səlahiyyət müddətinin başa çatdığı ilin oktyabr ayının üçüncü bazar günü keçirilməlidir. Seçki tarixi isə parlament tərəfindən ən azı 4 ay əvvəl müəyyən edilməlidir.
Lakin 2021-ci ilin yanvarın 10-da keçirilmiş növbədənkənar prezident seçkiləri bu müddəti dəyişib. Hazırkı prezidentin altı illik səlahiyyət müddətinin pozulmaması üçün növbəti prezident seçkilərinin 2027-ci il yanvarın 24-nə təyin olunması təklif olunub və bu təklif parlament tərəfindən qəbul edilib.
Qeyd edək ki, Qırğızıstan parlament seçkiləri 2026-cı ilin noyabr ayında keçiriləcək.