Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Birmillet.az saytı bildirir ki, APA-nın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə Ərdoğanı məlumatlandırıb.
Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Rusiyaya dəstəyini ifadə edib, bu məsələyə dair fəaliyyətdə, o cümlədən regionun iqtisadi inkişafı və qarşılıqlı səmərəli layihələrin irəliləməsi baxımından Rusiya və Türkiyə arasında koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.