Polşa Prezidenti Anjey Duda Yaxın Şərqdəki Gərginliyə Görə Sinqapurda Qalıb
Polşa Prezidenti Anjey Duda Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən Sinqapurdan geri qayıda bilməyib. Dudanın Sinqapurdan rəsmi səfərdən qayıdacağı reys marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar təxirə salınıb. Əvvəlcə Polşa Prezidentinin təyyarəsinin cümə günü axşam uçması planlaşdırılırdı. Lakin Prezident Aparatı Yaxın Şərqdəki vəziyyətin pisləşməsi və marşrutun dəyişdirilməsi ehtiyacı səbəbindən uçuşun daha uzun müddətə təxirə salındığını açıqlayıb. Məlumata görə, alternativ marşrut artıq müəyyən edilib və Prezident Dudanın olduğu təyyarə yaxın saatlarda Sinqapurdan havaya qalxmalıdır. Qeyd edək ki, Anjey Duda və həyat yoldaşı Aqata bazar ertəsindən bəri Cənub-Şərqi Asiyada səfərdədir. Onlar Malayziya və Sinqapurda bir sıra görüşlər keçiriblər.