Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının İkinci Üçtərəfli Görüşü keçirilib

Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının İkinci Üçtərəfli Görüşü keçirilib

İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşü keçirilib. 

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Üçtərəfli Görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub. 

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.