Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ev alıb

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ev alıb

Ötən il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ev alıb ki, bu da əvvəlki illə müqayisədə 7,4% çoxdur.

Birmillet.az saytı“APA-Economics”-ə istinadın bildirir ki, bu barədə Türkiyənin Statistika İdarəsinin açıqlamasında deyilir. 

Təkcə dekabrda Azərbaycan vətəndaşları qonşu ölkədə 155 evə (+6,2%) sahib olub. 

Ümumiyyətlə, 2020-ci ildə əcnəbilər tərəfindən Türkiyədə 41 298 daşınmaz əmlak obyekti (-10,2%) alınıb ki, bunun 4 479-u dekabrda (-16,3%) əldə olunub.