Türkiyə 2025-ci ilin İlk 5 Ayında Türk Dövlətlərindən 1 Milyondan Çox Turist Qəbul Edib
2025-ci ilin ilk beş ayında Türkiyə Türk dövlətlərindən 1 milyondan çox turist qəbul edib. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu mədəniyyət və turizm nazirlərinin toplantısında bildirib.
Nazirin sözlərinə görə, ortaq dil, tarix, mədəniyyət və sivilizasiya anlayışı ətrafında birləşən Türk dünyası həm regional, həm də qlobal miqyasda getdikcə daha inteqrasiya olunmuş və təsirli gücə çevrilir.
“Türkiyəyə göstərdiyi sıx marağa görə bütün qardaş xalqlarımıza və dəyərli həmkarlarıma ürəkdən təşəkkür edirəm”, – deyə nazir bildirib.
Ersoy qeyd edib ki, Türkiyə turizmdə sürətlə yüksəlir və 2024-cü ildə 56,7 milyon xarici turist qəbul etməklə dünyanın ən çox turist qəbul edən 4-cü ölkəsi olub. Bu rəqəmlər BMT-nin Dünya Turizm Təşkilatının 2025-ci il may ayına aid Dünya
Barometrində əks olunub.












































