“Milan” Hakan Çalhanoğlu ilə razılaşa bilmir

“Milan” Hakan Çalhanoğlu ilə razılaşa bilmir

İtaliyanın “Milan” klubu yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə bağlamaq üçün danışıqları davam etdirir.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, tərəflər hələlik bu məsələdə ortaq məxrəcə gələ bilmir.

Türkiyə millisinin üzvü ilə danışıq aparan “rossonyerlər”in idman direktoru Paolo Maldini ona illik 4 milyon avro olmaqla 2024-cü ilə qədər müqavilə təklif edib. Ancaq 27 yaşlı orta sahə oyunçusu daha uzunmüddətli sözləşmə və 5 milyon avro məvacib istəyib.

Qeyd edək ki, Hakan Çalhanoğlunun “Milan”la müqavilə müddəti mövsümün sonuna qədərdir.