Los-Ancelesdə etiraz aksiyaları zamanı iki polis əməkdaşı yaralanıb

Los-Ancelesdə etiraz aksiyaları zamanı iki polis əməkdaşı yaralanıb

Los-Ancelesdə etirazlar zamanı iki polis əməkdaşı xəsarət alıb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində qanunsuz miqrantların saxlanılmasına qarşı keçirilən etiraz aksiyası zamanı iki polis əməkdaşı xəsarət alıb.

Bu barədə yerli polis “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, motosikletdə olan iki şəxs etirazçılarla polis arasında qurulan halqanı yarmağa cəhd edib. Nəticədə iki asayiş keşikçisi xəsarət alıb. Hər iki sürücü dərhal saxlanılıb və polis əməkdaşlarına hadisə yerində tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanları etirazlar səbəbilə Los-Ancelesin əsas avtomobil yollarını boşaltmağa çalışır. Yerli KİV-in məlumatına görə, etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb. Aksiya iştirakçıları hüquq-mühafizəçilərə şüşə və daş atıb, azı beş avtomobil yandırılıb.

Hadisə ilə bağlı araşdırma davam edir. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.