Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb

Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb

Leyla Əliyeva Vyetnamda yüksək səviyyəli görüşlər keçirib – Azərbaycan-Vyetnam münasibətləri inkişaf edir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüş keçirib. Görüş Hanoydakı Milli Təsviri İncəsənət Muzeyində baş tutub.

Görüş zamanı muzeyin Vyetnamın zəngin bədii irsini əks etdirən əsas mədəniyyət ocaqlarından biri olduğu bildirilib. Muzey yerli və xarici ziyarətçiləri cəlb edən unikal kolleksiyalara, daimi ekspozisiyalara, müvəqqəti sərgilərə və uşaqlar üçün yaradıcı məkana malikdir.

Tərəflər arasında Azərbaycan və Vyetnam arasında mövcud əməkdaşlığın genişlənməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə vurğulanıb ki, iki ölkə arasındakı münasibətlərin əsası Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində çalışarkən ilk xarici səfərini Vyetnama etməsi ilə qoyulub. Bu münasibətlər bu gün Heydər Əliyev Fondu vasitəsilə yeni mərhələyə qədəm qoyur və müxtəlif sahələrdə əməkdaşlıqla dərinləşir.

Görüşdə mədəniyyət, təhsil və sosial layihələr sahəsində əməkdaşlığın gücləndirilməsi vacibliyi qeyd edilib. Bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfərinin münasibətlərin inkişafında əhəmiyyətli rol oynayacağına əminlik ifadə olunub.

Mədəni əlaqələrin davamı kimi, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin “Vyetnam süitası” əsərinin 2023-cü ildə Hanoyda keçirilən premyerasıAzərbaycan musiqiçilərinin Vyetnam Milli Musiqi Akademiyası ilə birgə konsert proqramı xüsusi qeyd edilib. Hər iki ölkənin mədəniyyət günlərinin təşkili, mədəniyyət xadimləri, ziyalılar və gənclər arasında qarşılıqlı səfərlərin artırılması təklif olunub.

Bildirilib ki, Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr müxtəlif sahələr üzrə davam etdiriləcək. Görüş zamanı turizm potensialı, ətraf mühitin mühafizəsidayanıqlı inkişaf layihələri də əsas müzakirə mövzularından olub. Bu təşəbbüslərin Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində xüsusi rol oynadığı vurğulanıb.