KİV: Ukrayna ABŞ ilə mineral ehtiyatlar üzrə saziş imzalamağa razılaşıb

KİV: Ukrayna ABŞ ilə mineral ehtiyatlar üzrə saziş imzalamağa razılaşıb

Ukrayna ABŞ Administrasiyası ilə Faydalı Qazıntılar Üzrə Sazişə Razılıq Verib

Ukrayna, ABŞ administrasiyası ilə faydalı qazıntılar üzrə yeni sazişə razılıq verib.Bu barədə “Financial Times” (FT) qəzeti sazişin yekun variantına istinadən məlumat yayıb.

Sənəddə, Kiyev tərəfindən sazişin bağlanması üçün müəyyən şərtlərdən biri olaraq Ukraynaya təhlükəsizlik təminatlarının verilməməsi qeyd olunub.

Bundan əvvəl, fevralın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə bu müqaviləni imzalamayacağını bəyan etmişdi. O, bunu sənədin ABŞ-ın maraqlarına xidmət etməsi və Ukraynaya təhlükəsizlik zəmanəti verməməsi ilə əsaslandırmışdı.