KİV: İrandakı vəziyyətə görə bəzi Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır

KİV: İrandakı vəziyyətə görə bəzi Ermənistan vətəndaşları Bakı, Azərbaycan vətəndaşları isə İrəvanın hava limanındadır

İran hava məkanının bağlanması səbəbindən Ermənistan vətəndaşları Bakı hava limanında qalıb

İran hava məkanının bağlanması və ləğv edilmiş reyslər nəticəsində bəzi Ermənistan vətəndaşları Bakı hava limanında qalıblar. Bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

Bildirilir ki, yaranmış vəziyyətlə bağlı davamlı işlər aparılır. Həmçinin bəzi təyyarələr İrəvanın “Zvartnots” hava limanına enə bilməyərək qonşu ölkələrin hava limanlarına istiqamətlənib.

Məlumatda qeyd olunub ki, İran hava məkanının bağlanması səbəbindən Ermənistan vətəndaşları Azərbaycanda, Azərbaycan vətəndaşları isə İrəvanda yerləşən “Zvartnots” və Bakı hava limanlarında müvəqqəti qalırlar.