İsrailin PUA hücumu nəticəsində “Əl-Cəmaa əl-İslamiyə” komandiri Hüseyn Attavi öldü
Beyrutun cənubunda, Damur şəhəri yaxınlığında İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) İslam Müqavimət Hərəkatının döyüşçülərinin olduğu avtomobili hədəfə alıb.
“Al Mayadeen” telekanalının məlumatına görə, hücum nəticəsində nəqliyyat vasitəsində olan “Kuvvat əl-Fəcr” dəstələrinin səhra komandiri Hüseyn Attavi həlak olub.
Qeyd edək ki, “Kuvvat əl-Fəcr” dəstələri Livanda fəaliyyət göstərən “Əl-Cəmaa əl-İslamiyə” təşkilatının silahlı qanadıdır və “Hizbullah” hərəkatı ilə ittifaq halındadır. Bu təşkilatlar uzun müddətdir ki, regionda İsrailə qarşı silahlı müqavimət göstərir.