İran İsrailə 200 Ballistik Raket Atıb
İran dünən gecədən etibarən İsrailə azı 200 ballistik raket atıb.
Bu barədə məlumatı “Kanal 12” yayıb. Bildirilir ki, cümə günü axşam yerli vaxtla saat 21:00-da İranın raket hücumlarına başlamasından indiyədək İsrail ərazisinə 200 ballistik raket atılıb.
Hücumlar nəticəsində İsrailin müxtəlif bölgələrində həyəcan siqnalları səslənib və hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Hazırda hücumun nəticələri və itkilərlə bağlı dəqiq məlumatlar araşdırılır.