İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb

İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb

İranda Bütün Uçuşlar Növbəti Bildirişə Qədər Dayandırılıb

İranda hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb. Bu barədə “Mehr” agentliyi İranın hava limanları və hava naviqasiyası şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, ölkənin bütün hava limanlarında uçuşların dayandırılması sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

Rəsmi məlumatda qeyd olunur: “Ölkənin bütün hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb. Uçuşların dayandırılması sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib. Vətəndaşlara hava limanlarına getməmək və sonrakı rəsmi məlumatları diqqətlə izləmək tövsiyə olunub. Hazırda uçuşların nə zaman bərpa olunacağı barədə əlavə məlumat verilməyib.