İsrail hərbçiləri növbəti dəfə Yəmən husiləri tərəfindən həyata keçirilən yeni raket buraxılışını qeydə alıblar. Bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Məlumata əsasən, raket buraxılışı zamanı İsrailin bir neçə bölgəsində hava həyəcanı siqnalları səsləndirilib. Lakin sonradan ordudan verilən açıqlamada bildirilib ki, buraxılan raket İsrailin hava məkanına çatmadan yerə düşüb. Qeyd edək ki, son zamanlar Yaxın Şərqdə gərginlik artmaqdadır. Yəməndə fəaliyyət göstərən husilər İsrailə qarşı müxtəlif raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edirlər. İsrail tərəfi isə bu hücumların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.