Hakan Fidan: İstanbulda Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib

Hakan Fidan: İstanbulda Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib

İstanbulda Ukrayna üzrə danışıqların formatı hələ müəyyənləşməyib – Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İstanbulda keçirilməsi planlaşdırılan Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların formatı hələ müəyyən edilməyib.

Nazir qeyd edib ki, görüşün strukturu ilə bağlı yekun qərar verilməyib. Bununla yanaşı, o vurğulayıb ki, Türkiyə Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlara qatılmasını gözləyir.

“Danışıqların konkret strukturu üzərində işlər davam edir. Biz hələ Rusiya və ABŞ-ın iştirakını gözləyirik”, – deyə Hakan Fidan qeyd edib.