Fərid Şəfiyev: “Türkiyənin Azərbaycanı dəstəkləməsi Qələbədə vacib rol oynayıb”

Fərid Şəfiyev: “Türkiyənin Azərbaycanı dəstəkləməsi Qələbədə vacib rol oynayıb”

“44 günlük Vətən müharibəsində əldə edilən qələbədə alınan hərbi texnika böyük rol oynayıb”.

Birmillet.az saytı APA-ya istinadən bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

M.Şəfiyev bildirib ki, 30 il ərzində Türkiyə davamlı olaraq Azərbaycan zabitlərinə, hərbçilərinə təhsil verib: “Minlərlə azərbaycanlı hərbçi, tələbə Türkiyədə oxuyub, ölkəyə qayıdıb. Yəni Türkiyədən biliklərini gətirib. Xüsusilə hərbi treninq məsələsinə toxunmaq istərdim. Hərbi təlim məsələsində Türkiyənin rolu 30 il öncə başlayıb. Bu təlimlər davamlı olaraq təşkil edilib. Ona görə də bizim hansısa texnikanın, PUA-ların hesabına qələbə çalmağımızı demək yanlış olardı. Bu qələbədə mütəmadi olaraq Türkiyənin Azərbaycanı dəstəkləməsi vacib rol oynayıb”.