Fransa ilə Əlcəzair arasında casusluq qalmaqalı: Təsirlər və perspektivlər
Fransa yenidən “casus oyunları” ilə gündəmdədir. Fransaya bağlı kəşfiyyat əməkdaşlarının Əlcəzairdən qovulması iki ülkə arasında diplomatik gərginliyi zirvəyə çıxarıb. Hadisə Fransa tərəfindən ölkədə törədilmiş soyqırımın ildönümündən sadəcə bir gün sonra baş verib.
Fransız casusların diplomatik pasportla Əlcəzairə daxil olduğu, lakin yerli hakimiyyət orqanlarına məlumat vermədikləri qeyd olunub. Bu, son bir ayda Fransa-Əlcəzair xəttində baş verən ikinci oxşar insidentdir. Əlcəzair daha əvvəl Parisdəki nümayəndəsinin həbsinə cavab olaraq 12 fransız diplomatı ölkədən çıxarmışdı.
Rəsmi Əlcəzair Fransa tərəfindən ikitərəfli sazişlərin pozulduğunu, ölkənin suverenliyinin tapdalandığını bəyan edib. Əlcəzairin narazılığına baxmayaraq, Fransa rəsmilərindən səs-soraq gəlməyib. Maraqlısı budur ki, bu son qalmaqal Fransa diplomatiyasının Əlcəzairə səfəri və dövlət başçıları arasında telefon danışığından sonra baş verib.
Fransanın casusluq əməliyyatları tək Əlcəzairlə məhdud deyil. Daha əvvəl bu cür hallar Azərbaycanda, Türkiyədə, Mərkəzi Asiyada və Gürcüstanda da qeydə alınıb. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransa səfirliyini radikal siyasi qrupları maliyyələşdirməkdə ittiham edib.
Azərbaycanda da Fransa şirkəti olan “Merkorama” MMC-nin direktoru Martin Rayan casusluq ittihamı ilə həbs olunub. O, ifadəsində Fransanın xarici kəşfiyyat agentləri tərəfindən casusluğa cəlb edildiyini bildirib. Həmin əməkdaşlar sonradan Bakıdan qovulub.
Fransanın Əlcəzairə agent göndərməkdəki məqsədi kimi ehtimallar sırasında sui-qəsd, adam qaçırma kimi hallara hazırlaşmaq ehtimalı da yer alır. Bundan başqa, Fransada 1-2 milyon Əlcəzair mənşəli insanın yaşaması da gərginliyə təsir edir. Rəsmi Paris onları ölkədən çıxarmaq niyyətindədir.
Fransa-Mərakəş-Əlcəzair xəttindəki siyasi balans da gərginliyin bir hissəsidir. Fransa Mərakəşi dəstəkləyir, bu da Cənubi Səhraya iddia edən Əlcəzairi narahat edir. Üstəlik, Fransa Əlcəzair ərazisində milyonlarla mina qoyub, 14 nüvə sınağı gerçəkləşdirib.
Müsəstəqil Əlcəzairin tarixində Fransa tərəfindən törədilmiş qətliamlar dərin iz qoyub. 8 may 1945-ci il tarixində törədilən qırğınlar zamanı 45 000-dən çox Əlcəzairli həyatını itirib. Bu hadisə Fransaya qarşı inqilab hərəkatının yaranmasına səbəb olub.
Fransa müstəmləkə cinayətlərinə görə hünasini çəkməyib. Əlcəzair Parisdən rəsmi üzr tələb etsə də, Fransa hələ də bu addımı atmır. Fransa ölkəni tərk edərkən 300 illik arxiv materiallarını əlində saxlayıb.
Bütün bu faktlar Fransa-Əlcəzair münasibətlərinin gərginliyini artırır və Parisin ölkəyə təsiri bərzqaytarmaq çəhdini göstərir.