“Fənərbaxça” Məsut Özillə müqaviləni rəsmiləşdirib

“Fənərbaxça” Məsut Özillə müqaviləni rəsmiləşdirib

Türkiyənin “Fənərbaxça” klubunun yeni transferi Məsut Özil media önünə çıxıb.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, İstanbul təmsilçisi ulduz futbolçunu ictimaiyyətə təqdim edib.

Geniş kütlə önündə baş tutan təqdimat mərasiminə klubun prezidenti Ali Koç, “Arsenal”dan transfer edilən yarımmüdafiəçinin həyat yoldaşı Əminə Gülşə və qızı da qatılıb. Tədbirdə 32 yaşlı pleymeyker yeni komandası ilə 3,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Məsut Özilin “Fənərbaxça”da illik maaşı 5 milyon avrodur.