Egey dənizində 4,5 bal gücündə zəlzələ baş verib
Egey dənizində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyə Hökumətinin Fəlakət və Fövqəladə Halların İdarə Heyəti (AFAD) hadisə ilə bağlı məlumat yayıb.
Məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 05:52-də baş verib. Onun episentri Türkiyənin Muğla şəhərinin Bodrum bölgəsindən 136 km aralıda yerləşib. Yeraltı təkanların mənbəyi 7 km dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə hər hansı məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.