2027-ci ildə Azərbaycanda Kikboksinq üzrə Avropa Çempionatı keçiriləcək
Azərbaycan 2027-ci ildə kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatına ev sahibliyi edəcək.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədovun Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) rəhbərliyi ilə keçirilən görüşlər zamanı təsdiqlənib.
WAKO prezidenti Roy Beyker və vitse-prezidenti Salim Kayıcı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və prezidenti Orxan Əliyevin dəvəti ilə Bakıya səfər ediblər. Onlar Şəhidlər Xiyabanını və Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Gənclər və İdman Naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev ilə görüşüblər. Görüşlər zamanı 2027-ci ildə kikboksinq üzrə Avropa çempionatının Bakıda keçirilməsinə razılıq verilib.
Eduard Məmmədov bildirib ki, Azərbaycan milli komandasında perspektivli idmançılar var və 2027-ci ilədək keçirilən yarışlarda idmançılar öz güclərini sübut etməyə çalışacaqlar.
Avropa çempionatının 2027-ci ilin avqust ayında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, WAKO versiyası üzrə 2010-cu ildə Azərbaycanda böyüklər arasında qitə çempionatı təşkil edilib. Azərbaycan Kikboksinq Federasiyası bu dəfə də yüksək səviyyədə bir yarış keçirməyi hədəfləyir.
Azərbaycanlı idmançılar qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşaraq, vətənə medallar qazandırmağı hədəfləyirlər.