Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzindən danışıb

Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzindən danışıb

“Bundan sonra da atəşkəslə bağlı məsələləri Azərbaycanla birgə dəyərləndirəcəyik”.

Birmillet.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yeri müəyyənləşib.

“60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb”, – deyə M. Çavuşoğlu qeyd edib.

XİN başçısı vurğulayıb ki, bu məsələ ilə əlaqədar ehtiyac yaranarsa, Azərbaycanla iki tərəfli danışıqlar aparılacaq.