Cənubi Koreyanın Çedju şəhərində Ümumdünya Ətraf Mühit Günü tədbiri başlayıb
Cənubi Koreyanın Çedju şəhərində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən təşkil olunan Ümumdünya Ətraf Mühit Günü tədbiri start götürüb. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti fəal iştirak edir.
Tədbirin açılışında BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edərək, tədbirin əsas mövzusu olan plastik çirklənmə ilə mübarizə yolları barədə danışıb. O, plastik tullantıların ekosistemlərə, iqlimə və vəhşi təbiətə ciddi zərər vurduğunu vurğulayıb və bütün bəşəriyyəti bu problemin həllinə yönəlmiş ciddi səylər göstərməyə çağırıb.
BMT-nin Baş katibi bildirib ki, plastik tullantılar çayları və okeanları çirkləndirir, ekosistemlərə təhlükə yaradır və insanların rifahına mənfi təsir göstərir. Bu səbəbdən, tədbirin əsas məqsədi plastik çirklənmə ilə effektiv mübarizə metodları tapmaqdır.
Qeyd edək ki, Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Günü tədbirinin ev sahibi ölkəsi seçiləcəyi gözlənilir. Bu, ölkəmizin ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıqda rolunun artmasının göstəricisidir.