Bor yüklü qatar BTQ ilə Türkiyədən Çinə yola salınıb

Bor yüklü qatar BTQ ilə Türkiyədən Çinə yola salınıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti ilə Türkiyədən Çinə gedəcək üçüncü ixracat qatarı Ankaradan yola salınıb.

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən bildirir ki, Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönmez və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və digər rəsmilər bor maddəsi ilə yüklənmiş qatarı Ankaradan yola salıblar.

Bor maddəsi 42 konteynerdə Çinin Sian şəhərinə nəql ediləcək.

Qeyd edək ki, qatar Çinə 12 sutkaya çatacaq.