Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ceyhun Bayramov və Bəhreynin vəliəhdi əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə görüş keçirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” (keçmiş Twitter) sosial şəbəkəsində məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bildirib ki, danışıqlar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti ilə yanaşı, regional və qlobal məsələlərə dair qarşılıqlı maraq doğuran mövzular da müzakirə olunub.

O əlavə edib ki, yüksək səviyyəli əlaqələrin və qarşılıqlı səfərlərin intensivləşdirilməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək.