Azərbaycan və BƏƏ prioritet sahələrə sərmayə qoyuluşunu müzakirə edib

Azərbaycan və BƏƏ prioritet sahələrə sərmayə qoyuluşunu müzakirə edib

Azərbaycan və BƏƏ Prioritet Sərmayə Sahələrini Müzakirə Edib

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Birgə İnvestisiya Fondu çərçivəsində prioritet sahələrə sərmayə qoyuluşunu nəzərdən keçirib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi ilə görüşü zamanı bu mövzu ətrafında müzakirələr aparılıb.

Görüşdə bildirilib ki, Azərbaycan-BƏƏ münasibətləri dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir və iqtisadi-ticarət tərəfdaşlığı genişlənir. İki ölkə arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan və BƏƏ arasında imzalanmış sazişə əsasən, bir milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu yaradılıb.