ABŞ Konqresinə Türkiyənin Yaxın Şərq ölkəsi kimi tanınması ilə bağlı qanun layihəsi təqdim edilib

ABŞ Konqresinə Türkiyənin Yaxın Şərq ölkəsi kimi tanınması ilə bağlı qanun layihəsi təqdim edilib

ABŞ qanunvericilərindən Türkiyənin diplomatik statusuna dəyişiklik təklifi

ABŞ Konqresində bir qrup qanunverici tərəfindən “Türkiyənin Diplomatik Yenidən Qurulması Aktı” adlı yeni bir qanun layihəsi təqdim edilib. Nümayəndələr Palatasına təqdim olunan bu ikipartiyalı təşəbbüs, Türkiyənin ABŞ Dövlət Departamentindəki diplomatik təsnifatında dəyişiklik edilməsini nəzərdə tutur.

Yeni qanun layihəsinə əsasən, Türkiyə Avropa və Avrasiya İşləri Bürosu əvəzinə Yaxın Şərq İşləri Bürosuna keçirilməlidir. Bu təşəbbüsün müəllifləri bildirirlər ki, bu dəyişiklik Ankaranın son illərdəki xarici siyasət kursuna cavab olaraq təqdim olunurVaşinqtonun Türkiyəyə münasibətdə Avropa prioritetlərindən uzaqlaşdığını göstərməlidir.

Türkiyə Yaxın Şərq kateqoriyasına daxil edilə bilər

Qanun layihəsində ABŞ Dövlət Departamentinin 90 gün ərzində Türkiyənin diplomatik statusunu yenidən nəzərdən keçirməsi, eləcə də ölkənin son beş ildəki xarici siyasətinin təhlilini Konqresə təqdim etməsi tələb olunur. Əgər təşəbbüs qanunlaşarsa, Türkiyə rəsmi olaraq İran, Suriya və Liviya kimi ölkələrlə eyni diplomatik kateqoriyada yer alacaq.

Ankara üçün mesaj xarakterli addım

Təklifin müəlliflərinə görə, bu addım həm geosiyasi reallıqlara uyğunlaşmaq, həm də Ankaraya mesaj göndərmək məqsədi daşıyır. ABŞ qanunvericiləri hesab edir ki, Türkiyənin Yaxın Şərq ölkələri ilə yaxın əlaqələri, eləcə də son illərdə NATO və Avropa İttifaqı ilə münasibətlərində yaşanan gərginliklər, bu tip bir dəyişiklik üçün əsas arqumentdir.

Hazırda bu təşəbbüs üzərində müzakirələr davam edir və Konqresin qərarı yaxın aylarda aydın olacaq.