ABŞ-İran görüşünün ikinci raundu Romada keçirilə bilər

ABŞ-İran görüşünün ikinci raundu Romada keçirilə bilər

Abbas Əraqçi Moskvada: İranın Ali Liderinin Məktubu Putinə Təqdim Olunacaq

İranın xarici işlər naziri Abbas Əraqçi, ölkənin ali rəhbəri Ayətullah Seyid Əli Xaməneinin xüsusi məktubunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etmək məqsədilə Moskvaya səfər edib. Bu barədə məlumatı “Report” İRNA-ya istinadən yayıb.

Əraqçinin sözlərinə görə, səfərin əsas məqsədlərindən biri ABŞ və İran arasında Omanda keçirilən nüvə danışıqları ilə bağlı məsələləri Rusiya tərəfi ilə müzakirə etməkdir. İlk görüş 12 aprel, növbəti raund isə 19 aprel tarixində baş tutacaq.

“Tasnim” agentliyinin məlumatına əsasən, İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu görüşlərin gündəliyində yalnız sanksiyaların ləğvi və nüvə məsələsinin olduğunu bildirib:

“Biz yalnız bu iki mövzunu müzakirə edəcəyik. Digər məsələlər gündəlikdə yoxdur.”

Qəribabadi qeyd edib ki, ikinci görüş İtaliyanın paytaxtı Romada keçiriləcək. O, Omanın vasitəçi rolunu oynadığını vurğulayaraq, görüş yerinin dəyişməsinin əhəmiyyət kəsb etmədiyini bildirib:

“Əsas olan dialoqun davam etməsidir, məkan və tarix dəyişə bilər, amma proses davam edir.”