Türkiyənin Çindən təxliyə etdiyi azərbaycanlıların karantin müddəti bitdi

Türkiyənin Çindən təxliyə etdiyi azərbaycanlıların karantin müddəti bitdi

Aralarında azərbaycanlıların da olduğu, Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

Birmilet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxslər 14 gün davam edən karantindən sonra evə buraxılıblar.

Qeyd edək ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələri 6-sı azərbaycanlı olmaqla 42 nəfəri Çinin Uhan şəhərindən təxliyə etmişdi.