Türkiyəli professor Xəzər Universitetinin tələbələrinə mühazirə oxuyub

Türkiyəli professor Xəzər Universitetinin tələbələrinə mühazirə oxuyub

Türkiyənin Özəl Boylam Xəstəxanasının təsisçisi, psixiatr, professor Ertuğrul Köroğlu Xəzər Universitetinin psixologiya departamentinin magistrantlarına növbəti mühazirəsini təşkil edib.

“AZƏRTAC”ın verdiyi məlumata əsasən, Universitetdən bildirilib ki, tələbələr bu dərsdə psixoloji pozuntularla əlaqədar nəzəri-praktik bilik və bacarıqlar qazanıblar. Professor Ertuğrul Köroğlunun pasiyentlərlə olan videolarını paylaşması tələbələrdə böyük marağa səbəb olub.

O, mühazirəsinin sonunda təəssüratlarını bölüşüb, Xəzər Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Qeyd edək ki, professor 2020-ci ilin yaz semestrində “Klinik psixologiyada müasir nəzəriyyələr” dərsini ali təhsil ocağının tələbələrinə tədris edəcək.

Ertuğrul Köroğlu